Coca-Cola və ADA Universiteti Novruz bayramına həsr edilmiş
Bahar Gənclər Festivalı keçirərək tələbələr üçün şənlik təşkil
edib, onların bayramını təbrik edib.
Festival çərçivəsində təşkil edilən sərgidə milli geyimlər,
müxtəlif xalça məktəblərinin nümunələri, bayram mətbəxinin
şirniyyatları nümayiş etdirilib.
Yerli və xarici tələbələrin, ADA məktəblilərinin, universitetin
müəllim və işçi heyətinin iştirakı ilə keçirilən festivalda Novruz
dəyərlərindən danışılıb, tonqal qalanıb və digər müxtəlif bayram
adət-ənənələri həyata keçirilib.
Festival iştirakçılarına Coca-Cola Fondu, ADA Universiteti, ADA
Universiteti Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və AzEkol şirkətinin birgə tərəfdaşlığı ilə
həyata keçirilən “Təmiz ölkəm” ekoloji layihəsi çərçivəsində
görülən işlər barədə də məlumatlar verilib. Təbiətin oyanışını
simvolizə edən bu bayramda ətraf mühitin qorunmasının vacibliyi
qonaqların diqqətinə çatdırılıb.
Festivala müxtəlif milli rəqslər, müğənni və DJ-lərin çıxışı
əlavə rəng qatıb.
Qeyd edək ki, eyni zamanda Novruz bayramı ərəfəsində Coca-Cola
şirkəti “Novruzun Rəngləri Coca-Cola ilə Süfrənizdə” kampaniyasını
da həyata keçirir. Coca-Cola bu kampaniya ilə Novruz süfrələrini
Azərbaycanın dərin tarixi və mədəniyyətindən gələn həyat rəmzləri
ilə bəzəməyi hədəfləyir.