Coca-Cola qadın sahibkarlar və jurnalistlərlə görüş keçirib (FOTO)

Coca-Cola Azərbaycan 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində
qadın sahibkarlar və media nümayəndələrinin bayramını təbirk etmək
üçün tədbir keçirib.

İlk tədbir biznes fəaliyyəti ilə məşğul olan qadınlarla
keçirilib və xanımların sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə
həsr edilmişdir. Tədbir şərçivəsində “Qadınlar biznesdə” təlimi
təşkil edilmişdir. 26 sahibkar xanımın qatıldığı təlimin məqsədi
ərzaq ticarəti sahəsində sahibkarlıq fəaliyyəti göstərən qadınların
biznes bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Təlimdə
“Azərbaycan Coca-Cola Bottlers” şirkətinin rəhbər heyəti xanımlar
üçün satış, marketinq, biznesin hüquqi tənzmilənməsi, müştəri
xidmətləri kimi mövzularda təqdimatlar etmişlər.

Xanımlarla görüşə qatılan “Azərbaycan Coca-Cola Bottlers”
şirkətinin Baş Direktoru Rəna Məmmədova qadınların biznesdə daha
fəal iştirak etməsinin vacibliyini vurğulayıb. “Coca-Cola üçün
qadınların iqtisadi fəallığını dəstəkləmək cəmiyyətin inkişafını
dəstəkləmək deməkdir. Xanımlarımızın sahibkarlıqla məşğul olması
nəinki onların fərdi inkişafına xidmət edir, bu, həm cəmiyyət, həm
də iqtisadiyyat üçün vacibdir. Coca-Cola ölkədəki satış nöqtələri
vasitəsilə minnlərlə kiçik sahibkarla əməkdaşlıq edir və bu iş
adamlarının bir qismi xanımlarımızdır. Biz də hər zaman onların
inkişafını dəstkləməyə çalışırıq”- deyə, Rəna Məmmədova qeyd
etmişdir.

Xanım sahibkarlarla görüşə həmçinin İqtisadiyyat Nazirliyi,
Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri də qatılmış,
xanımların suallarını cavablandırmış, sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi üçün müxtəlif dövlət xidmətləri haqqında məlumat
vermişlər, onların bizneslərinin genişləndirilməsi yolları müzakirə
edilmişdir.

Növbəi gün isə Coca-Cola rəhbərliyi xanım jurnalistlərlə görüş
keçirmiş və onların bayramını təbrik etmişdir. Görüşdə gender
bərabərliyinin vacibliyi, Azərbaycan qadınlarının cəmiyyətin
müxtəlif sferalarında, xüsusilə də media sahəsində çox geniş təmsil
olunması qeyd edilmişdir. Şirkətin rəhbəri xanım jurnalistlərə
Coca-Cola tərəfindən dəstəklənən qadın inkişaf proqramları haqqında
da məlumat vermişdir. Qeyd edilmişdir ki, Coca-Cola bugünədək
ölkədə 5000-dən artıq gənc xanımların iqtisadi fəalliğının
artırılmasına nail olmuşdur. Bu məqsədlə şirkət Ailə, Qadın və Uşaq
məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, Gənclər
və İdman Nazirliyi, ASAN Könüllüləri təşkilatı kimi tərəfdaşlarla
uğurlu əməkdaşlıq edir.

Tədbirin sonunda Rəna Məmmədova media nümayəndələri ilə xatirə
şəkli çəkdirib və onlara şirkətin fəaliyyətini yüksək peşəkarlıqla
işiqlandırdıqlarına görə təşəkkürünü bildirmişdir.

Teqlər: