Coca-Cola Novruz bayramına rəng qatır (FOTO)

Hər zaman Novruz bayramında istehlakçılara xüsusi kampaniyalar
təqdim edən Coca-Cola bu Novruz bayramı üçün də maraqlı aksiyalar
keçirir. Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından
olan Novruz ərəfəsində bayram şənliklərinə rəng qatmaq məqsədilə
“Coca-Cola ilə Papaq Atdı” adlı layihəyə start verir və ölkə üzrə
10,000 ailənin qapısına papaq atıb bayram sovqatı təqdim edəcək.
Coca-Colanın bayram papağında Coca-Cola Klassik 1L, Coca-Cola Sıfır
Şəkər 1L və başqa bayram sovqatları istehlakçılara pulsuz hədiyyə
olunur.

Eyni zamanda Coca-Cola şirkəti Novruz bayramı üçün hazırladığı “Novruzun Rəngləri Coca-Cola ilə Süfrənizdə” kampaniyasını da
həyata keçirir. Kampaniyanın hədiyyəsi olan 4 rəngdə – Novruzun
çərşənbələrini xatırladan qırmızı, sarı, yaşıl və ağ – bayram
stəkanları regionda ilk dəfə olaraq məhz Azərbaycan istehlakçıları
üçün istehsal olunub. Coca-Cola Novruz süfrələrini dərin tariximiz
və mədəniyyətimizdən gələn həyat rəmzlərimiz ilə bəzəməyi
hədəfləyir:

• Ağ Coca-Cola Stəkanı: Novruzun gəlişini ilk xəbər edən Su
Çərşənbəsini təmsil edir;

• Qırmızı Coca-Cola Stəkanı: Odlar yurdunurəmzi olan Od
Çərşənbəmizi təmsil edir;

• Sarı Coca-Cola Stəkanı: Taxıl tarlasının üzərindən keçib bizə
bərəkət gətirən Yel Çərşənbəmizi təmsil edir;

• Yaşıl Coca-Cola Stəkanı: Həyatın başlanğıcını və baharın
gəlişi ilə təbiətin canlanmasını əks etdirən Torpaq Çərşənbəmizi
təmsil edir.

21 Fevral tarixindən start götürüb 18 aprelə qədər davam edəcək
kampaniyanın gümüşü qapaqları Coca-Cola Classic 2.5L, Coca-Cola
Sıfır Şəkər 2.5L, Fanta Portağal 2.5L, Sprite 2.5L
məhsullarındadır. Coca-Cola-dan bir ədəd Novruz stəkanı qazanmaq
üçün 2 gümüşü qapağı toplayıb qapaq dəyişmə nöqtələrinə gətirmək
lazımdır. Uduşlu gümüşü qapaqları “Qapaq dəyişmə nöqtəsi” yazılı
posterləri asılan marketlərdə, həmçinin, aşağıda adları qeyd edilən
bütün iri marketlər şəbəkəsində dəyişdirə bilərsiniz:

• Araz Supermarketlər şəbəkəsi

• Grandmart Supermarketlər şəbəkəsi

• Bolmart Supermarketlər şəbəkəsi

• Bravo Supermarketlər şəbəkəsinin seçilmiş filialları

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin Marketinq müdiri
Selman Yucebiyik hər il olduğu kimi bu il də şirkətin Novruz
bayramına xüsusi diqqət ayırdığını bildirib: “Coca-Cola şirkəti
Azərbaycanda Novruz bayramı adət-ənənələrinin davam etdirilməsi
məqsədi ilə bir sıra tədbirlərə imza atır. “Nargis” Fondun
təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” Xeyriyyə
Yarmarkasında yerləşdirilən əsrarəngiz fotozonalar ilə, Dənizkənarı
Milli Parkda və Gəncə Mall Ticarət mərkəzində təşkil edilən
“Coca-Cola Səməni Xonçası” ilə və ən önəmli layihələrdən olan
istehlakçı stəkan kampaniyası ilə Novruz möcüzəsini yaşatmağı
hədəfləyirik”.

Teqlər: