Co Baydenin reytinqi aşağı düşüb

ABŞ prezidenti Co Baydenin reytinqi 40 faizə düşüb.

Trend xəbər verir ki, bu Reuters və Ipsos-un birgə sorğusunun
məlumatlarında əks olunub.

Sorğu martın 21 və 22-də onlayn rejimdə 1005 nəfər arasında
aparılıb, onlardan 432-si demokratlar, 366-sı respublikaçılar
partiyalarının tərəfdarı olublar.

Qeyd edilir ki, Ağ Evin hazırkı rəhbərinin reytinqi bir həftə
ərzində üç faiz aşağı düşüb və hazırkı səviyyə ABŞ-ın keçmiş
prezidenti Donald Trampın eyni vəzifədə olduğu dövrdə əldə etdiyi
dəstək səviyyəsinə uyğundur.

ABŞ sakinlərinin əksəriyyəti iqtisadi problemlərdən, eləcə də
beynəlxalq münaqişələrdən narahatdır.