Co Bayden prezidentliyə rəsmən namizəd oldu

Co Bayden prezidentliyə rəsmən namizəd oldu

ABŞ-ın Demokratlar Partiyasından olan Co Baydenin noyabr ayında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə qərar partiyanın ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Səsvermə pandemiya səbəbindən onlayn formatda baş tutub.

Amerika əyalətlərinin və xarici ərazilərin nümayəndə heyətlərinin üzvləri növbə ilə nümayəndə heyətinin kimə səs verdiklərini açıqlayıblar.

Şimali Karolinadan olan nümayəndələr qərarlarını elan etdikləri zaman Bayden minimum tələb olunan səs həddini (2374) keçib. Ümumilikdə, o, 3550-dən çox səs toplayıb. Onun rəqibi Berni Sanders isə 1150-dən çox səs toplaya bilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.