ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından çıxdığını elan etdikdən sonra bir dəfə də olsun kameralar qarşısında görünməyib. Amerikalılar prezidentin yaşadığını göstərən faktlar tələb edirlər.
AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Bret Bayer deyib.
O bildirib ki, ölkədə prezidentin ölümü ilə bağlı söz-söhbətlər dolaşmaqdadır.
“Delaverdən kameralara müraciət olmayıb. Lindon Consonun 1968-ci ildə etdiyi kimi… Nə isə düzgün deyil”, – deyə aparıcı bildirib.