ABŞ prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putin ilə telefon danışığı aparıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin saytında xəbər verilib.
Söhbət BMT-dən Suriyaya edilən humanitar yardım və guya Rusiyada olan cinayətkarlar tərəfindən törədilən beynəlxalq kiberhücumlarından gedib.
C.Bayden Rusiyalı həmkarını xaker qruplarına qarşı mübarizədə daha qətiyyətli davranmağa çağırıb. O vuğulayıb ki, ABŞ bu məsələdə “xalqını və kritik infrastrukturunu qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırdır”.