CNN 3 jurnalistini işdən qovdu

CNN 3 jurnalistini işdən qovdu

CNN telekanalının 3 jurnalisti Rusiya haqqında hazırladıqları süjetə görə işdən azad ediliblər. İstiPress televeziyanın saytına istinadən məlumat verir ki, onlar redaksiyanın tələblərinə cavab vermədikləri üçün işdən qovulublar.

İşdən çıxarılanlar xüsusi araşdırmalar redaksiyasının redaktorları Tomas Frenk və Erik Liçtblau və həmin redaksiyaya nəzarət edən Lkes Herisdir. Kanalın daxili araşdırması zamanı məlum olub ki, Rusiya haqqında hazırlanan reportajda redaksiyanın tələbləri pozulub. Kanal rəhbərliyi bundan narahatlıq keçirib və işçiləri işdən azad etmək üçün göstəriş verib.

Qeyd edək ki, iyunun 22-də CNN saytında ABŞ prezidentinin biznes məsələri üzrə keçmiş köməkçisi Entoni Skaramuççi ilə Rusiyanın Birbaşa sərmayələr Fondunun direktoru Kirill Dmitriyevin Trampın inauqurasiyadan 4 gün əvvəl görüşdüyü barədə məlumat yerləşdirib.

Sonradan bu məlumat saytdan götürülüb və Skaramuççidən üzr istənilib. Bundan sonra Rusiya barədə hazırlanan materiallara görə qaydaları sərtləşdirib.