Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
AzerTimes xəbər verir ki, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr
A qrupu
23:00. “Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya)
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
Xal durumu: ”Napoli” – 12; “Liverpul” – 9; “Ayaks” – 3; “Reyncers” – 0.
B qrupu
20:45. “Brügge” (Belçika) – “Portu” (Portuqaliya)
23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)
Xal durumu: ”Brügge” – 10; “Portu” – 6; “Atletiko” – 4; “Bayer” – 3.
C qrupu
20:45. “İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Xal durumu: ”Bavariya” – 12; “İnter” – 7; “Barselona” – 4; “Viktoriya” – 0.
D qrupu
23:00. “Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Marsel” (Fransa)
Xal durumu: ”Tottenhem” – 7; “Marsel” – 6; “Sportinq” – 6; “Ayntraxt” – 4.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.