Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhləsinə start verilib.
AzerTimes xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri qarşılaşıb.
“Hamrun” Maltada Cəbəllütariq “Linkoln”la üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Linkoln”un yeganə qolunu 37-ci dəqiqədə Ethan Britto vurub.
Komandalar arasında cavab görüşü bir həftə sonra baş tutacaq.