Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.
AzerTimes xəbər verir ki, qarşılaşma Latviyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Vitalijs Spasjonnikovsa laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.