Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.
AzerTimes xəbər verir ki, turun mərkəzi qarşılaşması F qrupunda gerçəkləşəcək.
PSJ Fransada İtaliyanın “Milan” klubunu qəbul edəcək. Digər matçda Dortmund “Borussiya”sı İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
III tur
E qrupu
20:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
23:00. “Seltik” (Şotlandiya) – “Atletiko” (İspaniya)
Xal durumu: “Atletiko”- 4, “Latsio” – 4, “Feyenoord” – 3, “Seltik” – 0.
F qrupu
20:00. PSJ (Fransa) – “Milan” (İtaliya)
23:00. “Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
Xal durumu: “Nyukasl” – 4, PSJ – 3, “Milan” – 2, “Borussiya” – 1.
G qrupu
23:00. “Leyptsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
Xal durumu: “Mançester Siti” – 6, “Leyptsiq” – 3, “Srvena Zvezda” – 1, “Yanq Boyz” – 1.
H qrupu
23:00. “Antverpen” (Belçika) – “Portu” (Portuqaliya)
20:45. “Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Xal durumu: “Barselona” – 6, “Portu” – 3, “Şaxtyor” – 3, “Antverpen” – 0.