ÇL: PSJ finalda “İnter”ə rəqib oldu

ÇL: PSJ finalda “İnter”ə rəqib oldu

2025.05.07 – 09:27

UEFA Çempionlar Liqasında son finalçı müəyyənləşib.

AzerTimes xəbər verir ki, PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi “Arsenal”ı qəbul edib. İkinci görüşdə də qalib gələn (2-1) meydan sahibləri finala yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. Finalda PSJ İtaliya “İnter”i ilə qarşılaşacaq.

Teqlər: