Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində
Portuqaliyanın “Benfika” klubu Niderlandın “Ayaks” klubunu qəbul
edib.
Trend xəbər verir ki, “Eştadiu du Benfika” stadionundakı görüşdə
qalib müəyyənləşməyib – 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar
açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan
sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi
olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28
yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son
nöqtəni isə 72-ci dəqiqədə “Benfika”nın ukraynalı hücumçusu Roman
Yaremçuk qoyub.
Komandalar arasında cavab qarşılaşması martın 15-də
keçiriləcək.