Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın əks-hücumunun uğur qazanacağı təqdirdə nüvə silahından istifadə ediləcəyi ilə hədələyib.
AzerTimes xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya “kollektiv düşmən”in əks-hücumunu dəf edərək, nəinki ölkə vətəndaşlarının və rus torpaqlarını qoruyur, həm də dünya münaqişəsinin qarşısını alır:
“Əgər görsək ki, NATO-nun dəstəyi ilə ukraynalıların hücumu uğurludur və onlar bizim torpaqlarımızın bir hissəsini ələ keçiriblər, o zaman Rusiya Prezidentinin 02/06/2020 tarixli fərmanının qaydalarına əsasən bunu etməli olacağıq. Yəni, nüvə silahının istifadə… Sadəcə olaraq başqa çıxış yolu yoxdur. Ona görə də düşmənlərimiz döyüşçülərimizə dua etməlidir. Qlobal nüvə atəşinin alovlanmasına imkan vermirlər”.