Çirkli əllərinizi Türkiyədən çəkin. Mən sizə çox açıq deyirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyədəki bir neçə ölkənin baş konsulluqlarının terror hücumu təhlükəsi səbəbiylə bağlanmasından sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfirinə deyib.
“Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə qızışdırmaq istədiyinizi aydın bilirəm. Çirkli əllər, o maskalı gülən üzlər… Türkiyədən uzaq olun!” – nazir bildirib.