Bu ilin ilk 7 ayında Çin və Rusiya arasında ticarət dövriyyəsi 29% artaraq 97,71 milyard dollara çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, yanvar-iyul aylarında Çinin Rusiyaya ixracı 5,2% artaraq 36,27 milyard dollara, Rusiya mal və xidmətlərinin Çinə idxalı isə 48,8% artaraq 61,45 milyard dollara çatıb.
Təkcə iyul ayında iki ölkə arasında ticarətin həcmi 16.79 milyard dollar təşkil edib.