Çinlə Rusiya arasında insident… – “Blumberq”

Çinlə Rusiya arasında insident… – “Blumberq”

Bu yaxınlarda Rusiya sərhədçilərinin hərəkəti Moskva və Pekin arasında diplomatik qalmaqal yaratdı. Ancaq bu, iki ölkə arasındakı münasibətlərdə soyuqluğun başlanğıcı olaraq qəbul olunmamalıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Danışıq tonu son dərəcə sərt olsa da, bu, Pekində daha geniş (o cümlədən siyasətdə) dəyişikliyin olacağı göstəricisi deyil”, – nəşr qeyd edir.

Çin və Qloballaşma Mərkəzinin prezidenti Henri Van Hueyyaonun fikrincə, bu insident dünyaya Çin və Rusiya arasındakı münasibətlərin düşündüklərindən daha mürəkkəb və çoxsəviyyəli olduğunu göstərdi:

“Çin Rusiya ilə münasibətləri yaxşı saxlamalıdır. Ancaq bu, Rusiyanın hər addımını Çinin bəyəndiyi anlamına gəlmir”.

Qeyd edək ki, Qazaxıstan-Rusiya sərhədində rus sərhədçilərin Çin vətəndaşları ilə kobud rəftar etməsi insidentə səbəb olub. Belə ki, çinli diplomatların sözlərinə görə, iyulun 29-da Qazaxıstandan Rusiyaya keçməyə cəhd edən beş nəfər keçid məntəqəsində dörd saat ərzində dəfələrlə dindirilib. Sonda isə onlara ölkəyə giriş qadağan olunub və turist vizaları ləğv edilib. Bundan sonra Çinin Rusiyadakı səfirliyi sərhədçilərin hərəkətlərini pisləyən bəyanat yayıb və məsələnin araşdırılmasını tələb edib.

Teqlər: