ABŞ Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirir.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.
“Bizim vəzifəmiz bu müharibənin qarşısını almaqdır. Lakin bu baş verərsə, qələbəyə hazır olmalıyıq. Hamımız Hava-Kosmik Qüvvələrində islahatların aparılması zərurətindən danışırıq, əks halda müharibənin qarşısını ala bilməyəcəyik, hətta məğlub da ola bilərik”, – Kendall bildirib.
Onun sözlərinə görə, əgər ABŞ-ın hərbi potensialı Çinin Tayvana təcavüzünün qarşısını almaq üçün kifayət etməsə, müharibə başlaya bilər.