Biz Çinin işçilərimizi, sənayelərimizi və iqtisadi dayanıqlığımızı sarsıdan qeyri-bazar siyasəti və təcrübələrindən geniş şəkildə istifadə etməsindən narahatıq.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda bildirilib.
“O cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olaraq Çinlə bağlı bərabər şəraitin təmin edilməsi üçün birgə addımların atılması nəzərdən keçiriləcək”, – bəyanatda vurğulanıb.
G7-nin maliyyə nazirləri qlobal minimum vergi sazişinin ilk mərhələsini bu ilin iyun ayının sonuna qədər imzalamağı hədəfləyirlər.