Çinin yeni xarici işlər naziri Türkiyəyə gəlir

Çinin yeni xarici işlər naziri Türkiyəyə gəlir

Çinin yeni xarici işlər naziri Vanq Yİ Türkiyəyə səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda hər iki ölkə nazirinin görüşünün keçiriləcəyi, ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlərin də müzakirə olunacağı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Çinin keçmiş xarici işlər nazirinin bir aydan çoxdur yoxa çıxdığı barədə məlumat yayılmışdı.

Teqlər: