Taliban hərəkatının siyasi bölməsi başçısının müavini Əbdül Salam Hənəfi və Çin xarici işlər nazirinin müavini Vu Tzianhao Əfqanıstandakı vəziyyətlə bağlı telefon danışığı aparıblar.
AzerTimes-ın məlumatına görə, bu barədə hərəkatın siyasi bölməsinin üzvü Məhəmməd Naim “Twitter” səhifəsində yazıb.
“Bu gün Hənəfi ilə Çin xarici işlər nazirinin müavini arasında telefon danışığı olub. Danışıqlar zamanı Əfqanıstanda mövcud və gələcək vəziyyət müzakirə edilib. Çin Kabildəki səfirliyin işini davam etdirəcək”, – M.Naim bildirib.