Xəbər - Elnur Bağışov – Trend:
Çinin xarici işlər naziri Van İ İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə İrana rəsmi səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S.Xətibzadənin sözlərinə görə, Çin xarici işlər nazirinin 2 günlük səfəri 26 martda başlayacaq.
Xətibzadə əlavə edib ki, Çin xarici işlər naziri səfər çərçivəsində İran prezidenti ilə də görüşəcək: “Görüşlərdə ikitərəfli strateji münasibətlərin gücləndirilməsi yolları araşdırılacaq, regional və beynəlxalq proseslər barədə fikir mübadilələri aparılacaq”.