Çinli deputat Li Çanşu gələn həftə Rusiyaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
“Ümumçin Xalq Nümayəndələri Konqresinin daimi komitəsinə rəhbərlik edən Çinin “üçüncü lideri” adlandırılan Li Çanşu Rusiyaya rəsmi səfərə gedəcək. O, Şərq İqtisadi Forumunda iştirak edəcək”,- məlumatda bildirilib.