Amerika Birləşmiş Ştatlarının rəsmiləri gələcək bir neçə həftə ərzində Çinin “TikTok” tətbiqi və “WeChat” sosial şəbəkəsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə qərar verə bilər.
Bunu Ağ Ev aparatının rəhbəri Mark Medouz jurnalistlərə açıqlamasında bildirib.
“Milli təhlükəsizlik risklərini qiymətləndirən bir sıra idarəetmə nümayəndələri hesab edir ki, bu tətbiqlər məlumatların xaricə sızmasına səbəb ola bilər. Xüsusilə bu, ABŞ vətəndaşları haqqında məlumatların toplanmasına aiddir. Düşünmürəm ki, bu tətbiqlərlə bağlı tədbirlərin görülməsi üçün uzun zaman lazım olsun. Burada söhbət aylardan deyil, həftələrdən gedir”.