Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb.
AzerTimes xəbər verir ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Sincan Uyğur, Daxili Monqolustan və Ninsia Huy Muxtar rayonları, Qansu və Çinhay vilayətləri, habelə paytaxt Pekinin səmasında qatı toz dumanı müşahidə olunub. M
illi Meteorologiya Mərkəzi toz dumanının səhralardan külək vasitəsilə gəldiyini, bu cür hava şəraitinin qarşıdakı günlərdə Çinin şimal, şərq və mərkəzi vilayətlərində, o cümlədən Şanxay şəhərində də müşahidə ediləcəyini açıqlayıb. Bəzi bölgələrdə hətta toz tufanının olacağı da proqnozlaşdırılır.