Çinin şimal-qərbində zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin seysmoloji xidmətindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri əhalisi 2,7 milyondan ibarət Aksu dairəsində, Kuça şəhər mahalı yaxınlığında olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.


Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.