Çinin Qansu vilayətində ultra marafon zamanı ölüm sayı 21-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Global Times qəzeti xəbər verib.
Məlumata əsasən, axtarış qrupları yarışın itkin düşən iştirakçılarının sonuncusunun cəsədini tapıb.
Bildirilib ki, hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.
Yerli hakimiyyət orqanları hadisənin səbəblərini hərtərəfli araşdırmaq üçün qrup yaradıb.