Çinin Rusiyaya ixracı sürətlə artır

Çinin Rusiyaya ixracı sürətlə artır

Yüzlərlə Qərb şirkətinin fəaliyyətini dayandırdığı Rusiya bazarındakı boşluğu Çin məhsulları doldurur.

AzerTimes xəbər verir ki, bu barədə Çin Gömrük Baş İdarəsi məlumat yayıb.

Ukrayna müharibəsinin başladığı ayda (fevral) Çinin Rusiyaya aylıq 5,5 milyard dollarlıq ixracatı iyul ayında 6,8 milyarda yüksəlib.

İlin ilk 7 ayında Çinin Rusiyaya ixracı əvvəlki ilin eyni dövrünə görə 5,2% artaraq, 36,2 milyard dollara çatıb.

Teqlər: