Çin heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Biz, nüvə mübadiləsi sazişlərinin ləğvinin də tərəfdarıyıq, hər hansı nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsini istəyirik”, – diplomat qeyd edib.