Çinin kosmik aparatı Marsın səthində tədqiqatlara başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin “Çjujun” kosmik aparatı Mars planetinin səthində tədqiqatlara başlayıb.

AzerTimes-ın məlumatına görə, Çinin Kosmik Elm və Texnika Korporasiyasının istehsal etdiyi aparat bu gün səhər saatlarında işə başlayıb.

“Çjujun” mayın 15-də “Tyanven-1” kosmik gəmisinin tərkibindən ayrılaraq Marsın səthinə uğurlu eniş etmişdi.


Missiyanın məqsədi Marsda mümkün həyat əlamətlərini tapmaq və insan üçün həyat şəraitinin yaranmasının mümkünlüyünü araşdırmaqdır.

Qeyd edək ki, hazırda Qırmızı planetin səthində ABŞ-ın “Kuryoziti”, “İnsayt” və “Perseverans” aparatları fəaliyyət göstərir.