Çinin keçmiş liderinin külü dənizə töküldü

Çinin keçmiş liderinin külü dənizə töküldü

Çinin 96 yaşında vəfat edən keçmiş lideri Szyan Szeminin külü dənizə tökülüb.

AzerTimes xəbər ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Szeminin külü Şərqi Çində Yanszı çayının mənsəbində hərbi gəmidən dənizə səpilib.

Bildirilib ki, külünün dənizə səpilməsi Szyan Szeminin vəsiyyəti olub.

Qeyd edək ki, Szyan Szemin ötən ay vəfat etmişdi.

Teqlər: