Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.
Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 33 nəfərə çatıb: “İyulun 16-dan bəri 3,004 milyon sakin daşqınlar səbəbilə fəlakət bölgəsində qalıb, 33 nəfər həlak olub, 8 nəfər itkin düşüb, 256 min nəfər isə təhlükəsiz rayonlara təxliyə edilib”.