Çinin həbs edilən nazirinin yerinə təyinat oldu

Çinin həbs edilən nazirinin yerinə təyinat oldu

Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi Donq Szyunun müdafiə naziri təyin edilməsinə səs verib.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Daimi Komitənin yeddinci iclası dekabrın 29-da Pekində Xalq Yığıncaq Məclisində başa çatıb. Səsvermədən sonra iclasda Donq Szyunun müdafiə naziri təyin edilməsi qərara alınıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin keçmiş müdafiə naziri Li Şanfu hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə saxlanılmışdı.

Teqlər: