Çinin ən iri kruiz gəmisi səfərə başladı – Foto

Çinin ən iri kruiz gəmisi səfərə başladı – Foto

Çinin yerli istehsalı olan ən iri kruiz gəmisi “Adora sehrli şəhər” sınaq səfərinı başlayıb.

AzerTimes xəbər verir ki, Şanxay şəhərindəki limandan yola düşən gəminin 9 günlük sınaq səfəri zamanı naviqasiya sistemi, texniki göstəriciləri, hərəkəti, yanacaq təminatı sistemi yoxlanılacaq.

Gəminin növbəti sınaq səfəri avqustda reallaşacaq.

Qeyd edək ki, Çin dövlət gəmiqayırma korporasiyasının istehsalı olan “Adora sehrli şəhər” gəmisinin uzunluğu 323 metr, su basımı 135 min ton, sərnişin tutumu 6500 nəfərdir. İnşasına 4 il əvvəl başlanılan gəmi bu il iyunun 6-da suya buraxılıb. Lüks hoteli, bir neçə kinoteatrı, mağazaları, akvapark və digər istirahət-əyləncə obyektləri olan gəminin ilin sonunda istifadəyə verilməsi planlaşdırılıb. “Adora sehrli şəhər” dünyada 5G internet şəbəkəsi ilə təchiz olunan ilk kruiz gəmisidir.

Ötən il bu tip ikinci gəminin inşasına start verilib. İkinci gəminin birincidən 17 metr daha uzun olması planlaşdırılıb.

Teqlər: