Çinin dünya nizamına qarşı fəaliyyətini dayandırmalıyıq

Çinin dünya nizamına qarşı fəaliyyətini dayandırmalıyıq

Avropa Birliyi ölkələri Çinin beynəlxalq nizamı pozmaq cəhdlərinə qarşı durmalıdır.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Niderlandın xarici işlər naziri Vopke Hoekstra çıxış edib.

“Çinin təzyiqini dayandırmaq üçün edə biləcəyimiz çox az şey olsa da, Çinin fəaliyyət göstərdiyi mühiti dəyişə bilərik. Geosiyasi yetkinlik həm də Çinin qaydalara əsaslanan beynəlxalq nizamı pozmaq cəhdlərinə qarşı vahid mövqeyi saxlamaq deməkdir”, – nazir bildirib.

Eyni zamanda, Niderland naziri AB və Çin arasında iqlim dəyişikliyi, biomüxtəliflik və pandemiya ilə mübarizəyə hazırlıq sahəsində əməkdaşlığın təşviqini zəruri hesab edib.

Teqlər: