Çinin BMT-dəki nümayəndəsi yaşıl iqtisadiyyatа keçidi sürətləndirməyə çağırıb

Yaşıl enerjiyə keçid sürətləndirilməlidir, lakin inkişaf etmiş ölkələr bu sahədə öz öhdəliklərini yerinə yetirməyə diqqət yetirməlidirlər.

Trend xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun, BMT Baş Assambleyasının iqlim məsələləri üzrə yüksək səviyyəli iclasında çıxış edərkən deyib.


Onun sözlərinə görə, deynəlxalq ictimaiyyət sənayenin – enerji, nəqliyyat, kənd təsərrüfatının transformasiyasını təşviq etməlidir, lakin inkişaf etmiş ölkələr iqlim problemlərinin öhdəsindən gələ bilmədiyi üçün iqtisadi cəhətdən çətinliyi olan ölkələrə yardım göstərməlidir.