Çin şirkətlərinin “Bir kəmər – Bir yol” təşəbbüsünə qatılan ölkələrin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 8 il ərzində 130 milyard dolları ötüb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
Onun sözlərinə görə, son 8 il ərzində “Bir kəmər – Bir yol” təşəbbüsü reallığa çevrilib, dünya ölkələrinə böyük imkanlar və bonuslar təmin edib:
“Çin ilə “Bir kəmər – Bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasındakı ümumi ticarət dövriyyəsi 9,2 trilyon dolları, Çin şirkətlərinin “Bir kəmər – Bir yol” layihəsi ölkələrinə birbaşa investisiyaları isə 130 milyard dolları keçib”.
Nazir qeyd edib ki, 8 il ərzində təşəbbüs yüksək dayanıqlıq nümayiş etdirib və müsbət nəticələrə çatıb.