Çinin Tayvan yaxınlığında keçirdiyi təlim zamanı atdığı 5 ballistik raket Yaponiyanın iqtisadi zonasına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Nobuo Kisi deyib.
O bildirib ki, bu, Çinə məxsus raketin Yaponiya sularına düşməsi ilə bağlı ilk faktdır:
“Bu, ölkənin və insanların təhlükəsizliyi ilə bağlı ciddi problemdir”.