Tayvan Silahlı Qüvvələri son sutka ərzində Çin Xalq Azadlıq Ordusunun 57 təyyarəsi və dörd gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.
AzerTimes xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 8-i səhər saat 6:00-dan yanvarın 9-u səhər saat 6:00-a qədər Çin Xalq Azadlıq Ordusunun 57 təyyarəsi və 4 gəmisi Tayvan ətrafında müşahidə edilib”, – nazirliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, adanın hava hücumundan müdafiə zonasına 28 təyyarə, o cümlədən üç BZK-005 pilotsuz təyyarəsi, altı J-11 qırıcısı, iki Su-30, 12 J-16 və iki J-10, iki H-6 strateji bombardmançısı və bir təyyarə daxil olub. Tayvan vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib.