Çingiz Abdullayev qidadan zəhərlənib? – Rəsmi

Çingiz Abdullayev qidadan zəhərlənib? – Rəsmi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulu ilə əlaqəli olmadığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Ç.Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar müvafiq qaydada araşdırılıb:

“Araşdırmalar nəticəsində müəyyən olunub ki, xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir”.

Teqlər: