Çindən Ukrayna açıqlaması: Eskalasiya riski var…

Çindən Ukrayna açıqlaması: Eskalasiya riski var…

Siyasi nizamlanmada qalib və uduzan tərəf olmamalıdır.

AzerTimes xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Ukraynadakı müharibə ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı məsələsində Pekinin mövqeyi aydın və şəffaf olub:

“Böhranın daha da kəskinləşməsi və eskalasiyası riski var, ona görə də münaqişəni müharibə yox, danışıqlar yolu ilə həll etmək üçün gərginliyin azaldılmasına çalışılmalıdır. Siyasi nizamlanmada qaliblər və uduzanlar olmamalıdır. Bunun əvəzinə sülh hökm sürməlidir”.

Teqlər: