Çindən Tayvanla bağlı sərt çıxış: Güc tətbiqi…

Çindən Tayvanla bağlı sərt çıxış: Güc tətbiqi…

Tayvanla dinc birləşmə uğursuz olarsa, Çin güc tətbiqi ssenarisindən əl çəkməyəcək, Pekin xarici qüvvələrin təxribatlarına cavab vermək hüququnu özündə saxlayır.

AzerTimes xəbər verir ki, bu barədə Çin hökumətinin yaydığı “Ağ kitab”da qeyd olunub.

“Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşmə nümunəsi” adlı sənəddə bildirilib ki, Tayvanın müstəqilliyinə nail olmaq cəhdləri adanı ancaq uçuruma aparacaq və tayvanlı həmvətənlərə ciddi ziyan vuracaq:

“Çin xalqının, o cümlədən tayvanlı soydaşların ümumi maraqlarını qorumaq üçün biz Tayvanın ayrılmasına və müstəqilliyinə qətiyyətlə qarşı çıxmalı və vətənin dinc yolla birləşməsinə kömək etməliyik”.

Teqlər: