Rəsmi Pekin ABŞ-ın Tayvanla sentyabr ayında başlayacağı gözlənilən ticarət danışıqlarına münasibət bildirib.
AzerTimes xəbər verir ki, mövzunu şərh edən Çinin Ticarət Nazirliyinin sözçüsü ABŞ-ı Tayvan bölgəsi ilə ticarət əlaqələrini qaydalara uyğun şəkildə aparmağa və Çinin əsas maraqlarına hörmət etməyə çağırıb.
O bildirib ki, Çin öz suverenliyini, ərazi bütövlüyünü və inkişaf maraqlarını qorumaq üçün bütün lazımi istiqamətdə tədbirlər görəcək.