Çindən AUKUS-a çağırış: Nüvə silahı…

Çindən AUKUS-a çağırış: Nüvə silahı…

ABŞ, Böyük Britaniya və Avstraliyanı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini yerinə yetirməyə və nüvə sualtı qayıq əməkdaşlığı ilə bağlı qərarlarını ləğv etməyə çağırırıq.

AzerTimes xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey deyib.

O, bu üç ölkə arasında nüvə sualtı əməkdaşlığının ciddi bir şəkildə nüvə silahının yayılması risk yaratdığını, nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədilə qurulmuş beynəlxalq çərçivəyə meydan oxuduğunu, silahlanma yarışını artırdığını və regional sülh və sabitliyə zərər verdiyini bildirib.

Tan bəyan edib ki, ABŞ və Böyük Britaniya nüvə silahı olmayan ölkələrə nüvə silahı materialı ötürsələr, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin məqsəd və prinsiplərini açıq şəkildə pozacaqlar.

Teqlər: