Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb

Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian
şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı
Qazaxıstanın Aktau limanına çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AzerTimes-a verilən məlumata görə, yük
qatarı buradan ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus
“Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola
salınıb.

ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki,
“Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına
çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar
Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz
vasitəsilə Avropaya çatdırılacaq.

Teqlər: