Çindən ABŞ-a: Bu qırmızı xətti keçmək olmaz!

Çindən ABŞ-a: Bu qırmızı xətti keçmək olmaz!

Tayvanın kimə məxsusluğu Çin ilə ABŞ arasında münasibətlərdə Vaşinqtonun keçməməli olduğu “qırmızı xətt”lə qeyd olunur.

AzerTimes xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

“Tayvan məsələsi Çinin əsas maraqlarının ən mühümüdür və Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk qırmızı xəttdir”, – deyə M.Nin qeyd edib.

Diplomat vurğulayıb ki, ABŞ Tayvanda seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı tələsik bəyanatlar verir. Mao Ninqin sözlərinə görə, Çin tərəfi bununla bağlı kəskin narazılığını bildirir və qətiyyətlə buna qarşı çıxır.

Teqlər: