Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, şimal-qərbdəki Qansu əyalətində 113 nəfər, qonşu Çinxay əyalətində 22 nəfər ölüb.
Daha 12 nəfərin isə itkin düşdüyü bildirilir.