Çin Kommunist Partiyasının yüksək vəzifəli məmuru Çjou Cianyun edam olunacaq.
AzerTimes xəbər verir ki, o, 182 milyon yuan (25 milyon ABŞ dolları) rüşvət almaqda ittiham olunur və edam cəzasına məhkum olunub.
Çin mediasının yazdığına görə, 56 yaşlı partiya funksioneri üçün edam ömürlük həbslə əvəz oluna bilər.
Məlumata görə, o, torpaq məsələlərini həll etmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən pul alıb.