Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin Çilli Ofşor Neft Korporasiyası ölkənin şimal-şərq sahillərində, Bohay körfəzində yeni neft yatağını aşkar etdiyini bildirib.
Trend-in məlumatına görə, yatağın ilkin ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir.
“Kenli 10-2” neft yatağı Bohay körfəzinin cənub hissəsində, Tyantszin şəhərindən 245 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, ötən ay Çinin “Sinopec” şirkəti Sintszyan regionunda da 100 milyon ton həcmində neft-qaz yatağını aşkar etdiyini bildirmişdi.